IQNA

Ərdoğan: Trampın "sülh" layihəsi heç cür qəbul edilə bilməz

22:48 - January 29, 2020
Xəbər sayı: 3486582
Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Amerikanın prezidenti Donald Trampın "orta şərqdə sülh" adlandırdığı "əsrin sövdələşməsi" layihəsinin qəbulolunmaz olduğunu vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Amerikanın prezidenti Donald Trampın "orta şərqdə sülh" adlandırdığı "əsrin sövdələşməsi" layihəsinin qəbulolunmaz olduğunu vurğulayıb.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün (29 Yanvar 2020) məsələyə münasibət bildirərək deyib: Beytul-Müqəddəs müsəlmanların müqəddəs məkanıdır. Bu məkanı İsrailə heç vaxt və heç bir bəhanə ilə vermək olmaz.

O əlavə edib: Trampın "sülh" layihəsi Fələstin xalqının hüquqlarını pozur və hədəfi İsrailin işğalçılığına legitimlik verməkdir.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.

https://iqna.ir/fa/news/3875116

captcha