IQNA

12:09 - February 02, 2020
Xəbər sayı: 3486609
Alimlər Birliyi elan ediblər ki, "əsrin müqaviləsi" layihəsini təsdiq edən və sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi üçün çalışanlar Allaha, peyğəmbərə, müsəlmanlara və Fələstinə xəyanət etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin İslam Alimləri Birliyi ötən gün (1 Fevral 2020) fələstinli alimlər, İslam Fondu nümayənləri, İslami Cihad üzvləri, dini müəssisələrin nümayəndələri və universitet heyətlərinin iştirakı ilə "əsrin müqaviləsi" layihəsini məhkum etmək üçün toplantı keçiriblər.

Fələstinin İslam Alimləri Birliyi Qəzza zolağında keçirilən toplantıda elan ediblər ki, mənfur "əsrin müqaviləsi" layihəsini qəbul etmək şəri baxımdan haram və bu layihəyə qarşı mübarizə aparmaq milli və dini baxımdan vacibdir.

Toplantı iştirakçıları bu layihənin qəbul edilməsini Fələstin milləti və Qüds şəhərinə qarşı həyata keçirilən böyük cinayət aldandırıblar və bu layihəyə qarşı mübarizə aparmağı dini və milli baxından vacib hesab ediblər.

Alimlər Birliyi elan ediblər ki, "əsrin müqaviləsi" layihəsini təsdiq edən və habelə sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi üçün çalışan hər kəs Allaha, peyğəmbərə, müsəlmanlara və Fələstinə xəyanət etmişdir.

Fələstinli Alimlər Birliyi dünyanın bütün müsəlman din alimlərindən bu layihəyə qarşı bir cəbhədə birləşmələrini istəyiblər.

Onlar həmçinin dünyanın bütün azadlıqsevərlərindən istəyiblər ki, terroist Trampın sionist layihəsinə qarşı Fələstin millətinin yanında olsunlar.      

https://iqna.ir/fa/news/3875819

Ad:
E-poçt:
* Comment: