IQNA

21:17 - February 04, 2020
Xəbər sayı: 3486623
Sloveniyanın ilk məscidi müxalifətçilərin uzun müddət sürən keşməkeş və çəkişməsin və müsəlmanların yarım əsr intizarından sonra, nəhayət ki, ötən gün, 3 Fevral 2020-ci il, istifadəyə verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sloveniyanın ilk məscidi müxalifətçilərin uzun müddət sürən keşməkeş və çəkişməsin və müsəlmanların yarım əsr intizarından sonra, nəhayət ki, ötən gün, 3 Fevral 2020-ci il, istifadəyə verilib.

Sloveniya müsəlmanları ilk dəfə 1969-cu ildə dövlətə məscid tikmək üçün müraciət etmişdilər. O zaman Sloveniya kommunist Yuqaslaviyanın tərkib hissəsi idi.

Həmin illərdə bu məscidin tikilməsi islamofobların ciddi müxalifəti ilə qarşılaşdığı üçün dayanmışdı.

İslamofoblar dəfələrlə məscid üçün ayrılmış əraziyə donuz başı atmış və donuz qanı tökmüş və müsəlmanların ibadət məkanını təhqir etmişdilər.

Sonuncu dəfə əksəriyyəti katolik xristianları olan Sloveniya hakimiyyəti 15 il öncə məscidin tikilməsinə icazə vermişdi. Amma yenə də sağçı radikal siyasətçilər və islamofoblar məscidin tikilməsinə qarşı çıxmışdılar.

Uzun müddət sürən çəkişmədən sonra məscidin tikintisi 2013-cü ildə başladı və 34 milyon avro xərclənərək tikilib başa çatdı.  

Sloveniyanın paytaxtında tikilən bu məsciddə bir dəfəyə 1400 insan namaz qıla bilər.  

Qeyd edək ki, Sloveniyanın 2 milyonluq əhalisinin 2.5 faizini müsəlmanlar təşkil edir.   

https://iqna.ir/fa/news/3876388

Teqlər: sloveniya ، iqna ، məscid
Ad:
E-poçt:
* Comment: