IQNA

ÜST: Koronavirus Çindən başqa 24 ölkədə qeydə alınıb

23:42 - February 06, 2020
Xəbər sayı: 3486638
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla (2019-nCoV) bağlı fevralın 5-nə olan rəqəmləri açıqlayıb. Dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 24554 (3925 yeni) təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla (2019-nCoV) bağlı fevralın 5-nə olan rəqəmləri açıqlayıb.

APA-nın ÜST-ə istinadən xəbərinə görə, fevralın 5-nə olan məlumata görə, Belçikada ilk yeni koronavirus (2019-nCoV) kəskin respirator xəstəliyinə yoluxma halı qeydə alınıb.
Dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 24554 (3925 yeni) təşkil edir.
Çində 24363 (3893 yeni) yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir (431 yeni). Çində virusdan indiyədək 491 ölüm halı (66 yeni) olub.
Çinin xaricində isə 24 ölkədə (1 yeni) 191 yoluxma halı (32 yeni), 1 ölüm qeydə alınıb.
ÜST Çində virusun risk qiymətləndirilməsini çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.
Teqlər: iqna ، korona virusu ، ÜST
captcha