IQNA

16:09 - February 12, 2020
Xəbər sayı: 3486669
Fələstin muxtariyyətinin başçısı dünən BMT Təhlükəsizlik Şurasının Fələstin barədəki iclasında bildirib ki, amerikan “əsrin sövdələşməsi” planı rasizmin təsbitinə bais olacaqdır.

Mahmud Abbas bildirib ki, amerikan “əsrin sövdələşməsi” planı Fələstin məsələsini aradan götürmək üçün təqdim olunub. O, vurğulayıb ki, fələstinlilər bu planla mübarizə aparacaqlar.

Fələstin muxtariyyətinin başçısı deyib: Amerikanın planı aparteid rejiminin bünövrəsidir və işğalçıları cəzalandırmaq yerinə, onlara mükafat verirlər.

Mahmud Abbas sonra deyib: Təkid edirik ki, Amerikanın planı Yaxın Şərqdə sülh barədə müzakirə üçün beynəlxalq əsas hesab olunmamalıdır, zira bu planda məqsəd, Fələstin məsələsini aradan götürməkdir. Amerikanın planını qəbul etməyəcək və meydan səhnəsində addımlarla onunla mübarizə aparacağıq.

Fələstin muxtariyyətinin başçısı deyib: Mən Trampa deyirəm ki, amerikan “əsrin sövdələşməsi” planı sülh və təhlükəsizliyi həyata keçirə bilməz, çünki bu plan bütün beynəlxalq qanunları pozur.

Fələstin xalqı dünən qərb sahilində yerləşən Ramullah şəhərinin Əlminarə meydanına toplaşaraq, Fələstin bayrağını dalğalandırdı. Fələstinlilər şüarlar verərək, Fələstin muxtariyyətinin məsul şəxslərindən istədilər ki, BMT-də iştirak edərək, “əsrin sövdələşməsi” planını rədd etmək üçün səylər göstərsinlər.

Fələstin muxtariyyətinin baş naziri Muhəmməd Əştiyyə bu aksiyanın iştirakçılarına xitabən deyib ki, Fələstin muxtariyyəti Fələstin xalqının hüquq və amallarının himayədarı olacaq.

Mənbə: Sahartv

Ad:
E-poçt:
* Comment: