IQNA

23:36 - February 16, 2020
Xəbər sayı: 3486700
Tehran (İQNA) – Yəmənin ƏNSARULLAH Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam bu ölkənin xalq tərəfindən istefaya göndərilmiş dövləti ilə 1400 əsirin azad edilməsi üçün razılıq əldə olunduğunu deyib.   

"əl-Masirah" informasiya portalının verdiyi məlumata görə, Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü və "Yəmənin Sülh Müzakirəsi" danışıqlarında Səna heyətinin rəisi Məhəmməd Əbdüssəlam bu gün (16 Fevral 2020) mətbuata açıqlamasında 1400 nəfər əsirin azad edilməsi barədə razılıq əldə etdiklərini məlumat verib.

O vurğulayıb: Bu razılaşma BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nəzarəti ilə İordaniyada əldə edilib. Razılaşmaya əsasən aralarında Sudan və Səudiyyədən də əsirlər olan 1400 nəfər azad ediləcək.

ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü İsveç razılaşmasının icrasına sadiq qaldıqlarına işarə edərək deyib: Əsirlərin azad edilməsi barədə razılaşma 2018-ci ilin axırında İsveçdəki danışıqlara uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, 1400 əsrin azad edilməsi barədə razılaşma İordaniyada Səna və istefaya göndərilmiş dövlət arasında yeddi günlük danışıqlardan sonra əldə edilib.  

https://iqna.ir/fa/news/3879264

Ad:
E-poçt:
* Comment: