IQNA

7:51 - February 22, 2020
Xəbər sayı: 3486728
Tehran (IQNA) - Fevralın 22-də ARM-in üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. Gecə saatlarında o həbsdən azad olunub.
Maide.Az xəbər verir ki, Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. Gecə saatlarında o həbsdən azad olunub.  
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb. 
Şikayət əsasında ona cinayət işi açılıb və  2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. 
Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün (22.02.2020) Şeyx Sərdar  Bakıda olacaq.   
Bakıda Şeyxı ziyarət etmək istəyənlər saat 10:00 dan axşama qədər Yeni Yasamal Dadaş Bünyad zadə 11 -ə  gələ bilər. (Vital Kilinikanın yanında Mərasim evi)
 
 
 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: