IQNA

22:45 - February 22, 2020
Xəbər sayı: 3486732
Tehran (IQNA) -  İspaniyanın şəhər şuraları və partiyaları İsrailin işğalçı siyasətlərinə qarşı mübarizə hədəfi ilə "sionist rejimin boykotu" kampaniyası keçiriblər.

"Maannews" informasiya portalının verdiyi xəbərə görə, Sionist rejiminin əleyhinə başladılan bu kampaniya POSE və Podems partiyasının təşəbbüsü, siyasi qrumlar və müxtəlif şəhər şuralarının həmkarlığı ilə keçirilib.

Kampaniyaya İspaniyanın 58 civarında şəhər şurası və siyasi partiyası qoşulub.

Qeyd edək ki, "Sionist rejimin boykotu beynəlxalq kampaniyası" 2005-ci ildə təsis edilib. Hədəfi sionist rejiminin işğal etdiyi Fələstin torpaqlarında hər növ siyasi və iqtisadi fəaliyyəti boykot etməkdir.

Bu kampaniyaya üzv olan partiya və qrumlar sionist rejiminə aid olan heç bir məhsulu almır və istifadə etmirlər.   

https://iqna.ir/fa/news/3880492

Ad:
E-poçt:
* Comment: