IQNA

21:16 - February 25, 2020
Xəbər sayı: 3486751
Nigeriyanın məhkəmə orqanları ölkənin İslam Hərəkatınını rəhbəri Şeyx İbrahim Zəkzəkinin məhkəmə dinləmələrini yenə də təxirə sallb, aprelin 23-24 tarixinə qədər uzadıblar.
"İslam İnsan Hüquqları Komissiyası"nın verdiyi məlumata əsasən, Nigeriyanın məhkəmə orqanları ölkənin İslam Hərəkatınını rəhbəri Şeyx İbrahim Zəkzəkinin məhkəmə dinləmələrini yenə də təxirə sallb, aprelin 23-24 tarixinə qədər uzadıblar.
Bu minvalla da Şeyx Zəkzəki və həyat yoldaşı daha iki ay dustaqxanada qalmalı olacaqlar. Onların hər ikisinin səhhətində ciddi problemlər yaranıb.
İnsan hüquqları üzrə İslam komissiyası Nigeriya hakimiyyətinə Şeyx Zəkzakini və həyat yoldaşını azadlığa buraxması ilə bağlı müraciət edib.
Bu hərəkatın Nigeriyadakı  onlarla üzvü də məhkəmə qərarı olmadan dustaq saxlanılır.
Qeyd edək ki, Şeyx Zəkzaki və onun həyat yoldaşı 2015-ci ildə, Zarya şəhərində ordunun Hüseyniyyəyə basqını zamanı  həbs olunub və indiyə qədər dəmir barmaqlıqlar arxasında qalıblar.
Sağlamlıq durumu çox pis olan Şeyx Zəkzəkiyə və həyat yoldaşına məhkəmə bəraəti verilməsinə baxmayaraq onlar hələ də həbsdə saxlanılırlar.
Qeyd edək ki,17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
Bir müddət öncə Şeyx Zəkzakinin Hindistanda müaəlicəsinə icazə verilsə də  Nigeriya hökumətinin təzyiqi ilə  yenidən ölkəyə geri qaytarılıb. 
Ad:
E-poçt:
* Comment:
* captcha: