IQNA

23:02 - February 28, 2020
Xəbər sayı: 3486779
Tehran (IQNA) -  Fələstin İnformasiya Mərkəzinin məlumatına əsasən, bu gün (28 Fevral 2020) on minlərlə fələstinli Sübh namazını Əqsa məscidində qılıblar.

Sionist israil rejiminin Qüdsün qədim hissəsində şiddətli təhlükəsizlik tədbirləri görməsinə rəğmən "Böyük Fəcr" kampaniyasının üzvləri bu gün, Cümə günü, Sübh namazını Əqsa məscidində qılıblar.

Əqsa məscidi ilə eyni zamanda Fələstinin 200-dən çox ibadət ocağında "Böyük Fəcr" kampaniyası çərçivəsində izdihamlı Sübh namazı qılınıb.

Fələstinlilər Əqsa məscidini, Qüdsü və digər müqəddəs simvollarını qorumaq üçün bir neçə həftədir ki, Sübh namazını məscidlərdə qılırlar.

3881916

 

Ad:
E-poçt:
* Comment:
* captcha: