IQNA

23:42 - February 29, 2020
Xəbər sayı: 3486786
Tehran (IQNA) -  Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədruddin Husi bəzi ərəb ölkələrinin İsrailə yaxınlaşmalarını təndiq edib.

"al-Masirah" infromasiya portalının məlumatına görə, Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədruddin Husi bəzi ərəb ölkələrinin, o cümlədən Səudiyyə və BƏƏ-nin sionist rejimi ilə əlaqələrin sadələşdirilməsinə çalışmalarını tənqid edərək bu addımın şəri baxımdan haram olduğunu vurğulayıb.

Cümə günü (28 Fevral 2020) Rəcəb ayının ilk Cümə günü münasibəti ilə çıxış edən Bədruddin Husu deyib: İmani və Yəmani əqidəmizə və prinsiplərimizə sadiq qalaraq İsrailə qarşı düşmənçilik mövqe və siyasətimizdə sabit qalacayıq.

O vurğulayıb: Amerika və israil İslam ümmətini zəiflətmək və təhqir etmək istəyir. Hətta onlara tabe olanları (Ərəbistan və BƏƏ) da təhqir edir və əlində oynadır.  

ƏNSARULLAH İslami Müqavimət Hərəkatının rəhbəri ərəb ölkələrində istəyib ki, Yəəməndə öz millətləri əleyhinə müharibəni dayandırsınlar.

O vurğulayıb: Münafiqlər bu gün Amerika və sionist rejiminin yanındadırlar. İslam ümməti, Fələstin və Yəmən xalqına qarşı düşmənçilik mövqeyi sərgiləyirlər.

https://iqna.ir/fa/news/3881985

Teqlər: Yəmən ، Husi ، Səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: