IQNA

Hindistan hökuməti gərginlikləri dinc yolla həll etsin

18:15 - March 05, 2020
Xəbər sayı: 3486834
Tehran (IQNA) - İran İslam Şurası Məclisinin sədri Hindistanda müsəlmanların öldürülməsindən nigrana olduğunu deyib və gərginliklərin dinc yolla həlli üçün bütün imkanlardan istifadə edilməsini istəyib.

Əli Laricani bu gün bildirib ki, müsəlmanlar Hindistan cəmiyyəti və mədəniyyətinin bir hissəsi kimi bu ölkənin inkişafında mühüm rol oynayır. Qeyd edib ki, Hindistanda vətəndaş hüquqları adlı yeni qanundan irəli gələn təsvir və qənaət müsəlmanlar üçün məhdudiyyətlərin yaradılmasından söz açır və həmin məsələ nigarançılıqlar doğurubdur.

Hindistanın müxtəlif irqlər, dillər, dinlər, məzhəblər, adət-ənənə və mədəniyyətlər diyarı olduğunu vurğulayan Laricani bildirib ki, bu kimi məsələ və mövzuların meydana çıxması hind mədəniyyəti və sivilizasiyası ilə uyuşmur.

İran İslam Şurası Məclisinin sədri həmçinin Tehran-Yeni-Dehli münasibətlərinin önəmini xatırladıb və Hindistanda bütün etnos, dinlər və məzhəblərin dialoqu və dinc yanaşı yaşmalarını zəruri adlandırıb.

Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olundu. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.

Hindistan vətəndaşlığı qanununa düzəliş bu ölkə boyu geniş etirazların formalaşmasına bais olubdur. Etirazçılar bu qənaətdədirlər ki, islahatlar müsəlmanların hədəfə alınmalarına və onlara qarşı ayrı-seçkiliyə səbəb olacaq.

Belə bir halda, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmansakinli məhəllələri benzin bombaları ilə hədəfə alıblar.

Səhər Azəri

captcha