İslam İnqilabının Ali Dini Rəhbəri Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamenei cənablarının Əsərləri Qoruma və Nəşriyyat İdarəsinin İnformasiya Mərkəzinin internet səhifəsində yayımlanan bəyanatda belə qeyd olunub:
“Hindistandakı müsəlmanların qətliamı səbəbi ilə dünya müsəlmanlarının qəlbləri yaralarla doludur.
Hindistan hökuməti ekstremist hindlilərə və onları dəstəkləyən tərəflərə qarşı çıxmalı və müsəlmanların öldürülməsini dayandırmaqlı və bununla özünü İslam dünyasından təcrid etməkdən qorumalıdır”.
Qeyd edək ki, Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olundu. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.
Belə bir halda, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmansakinli məhəllələri benzin bombaları ilə hədəfə alıblar.
Hind rəsmilər tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda 46 nəfər ölüb, 300-dən çox insan da yaralanıbdır.