IQNA

Hüseyn Şeyxul-İslam koronavirusdan vəfat etdi

7:17 - March 07, 2020
Xəbər sayı: 3486848
Tehran (IQNA) -  İran İslam Respublikasının Xarici İşlər Nazirinin müşaviri, tanınmış siyasi daxim, diplomat və İranın Suriyadakı səfiri Hüseyn Şeyxul-İslam koronavirusa yoluxması səbəbindən vəfat edib.

Cari həftənin Cüməaxşamı günü (5 Mart 2020) vəfat edən məşhur diplomat və siyasi xadim Hüseyn Şeyxul-İslam Orta Şərq regionunda tanınmış sima idi.

O, İran İslam Respublikasının Xarici İşlər Nazirinin müşaviri və siyasi müavini (1360-1376), İranın Suriyadakı səfiri (1377-1382), Fələstin İntifazəsinə Dəstək Konfransının baş katibi (1389-1395), İslami Məzhəblərin Yaxınlaşdırılmasının Beynəlxalq İşlər Üzrə Müavini, Kanada və Amerika tələbələrinin İslami Birliyinin katibi (1357-1358), Amerikanın İrandakı casusluq yuvasının ələ keçirilməsində iştirakçı (1359-1360), İran İslam Şurasının nümayəndəsi (1387-1388), İran İslam Şurası Məclisinin beynəlxalq məsələlər üzrə baş katibi (1388-1395), Qüdsün azad edilməsi xalq təşkilatları birliyinin rəisi kimi məsuliyyətləri daşımışdır.     

3883476

captcha