Fələstinli Əsirlərin İşi Üzrə Araşdırma Komitəsi rəisi Əbdünnasir Fərvanə beynəlxalq qadınlar günü (8 Mart( münasibəti ilə yaydığı hesabatda bildirib ki, sionist İsrail rejiminin əsirliyində və həbsxanalarında olan müxtəlif yaşlı qadınlar çox ağır işkəncələrə məruz qalırlar.
Fərvanə əlavə edib: Həbsxanada əsirlikdə olan qadınların arasında uşaq, qoca, hamilə qadın, parlament nümayəndəsi və tələbə qızlar da var.
Fələstinli Əsirlərin İşi Üzrə Araşdırma Komitəsi rəisi vurğulayıb: Sionist rejimi istintaq zamanı qadınları işkəncə edirlər, onlara psixi və mənəvi təzyiq göstərirlər və onları həkim müayinəsindən keçirmirlər. Həmçinin həbsdə olan bəzi qadınların güllə yarısı almasına və yaralı olmasına rəğmən azadlığa buraxılmırlar.