Həzrət Ayətullah Üzma Xameneinin İranda yeni hicri-şəmsi ili ilə əlaqədar hər il Məşhəd şəhərindən canlı yayımlanan ənənəvi çıxışı koronavirus səbəbi ilə ləğv edilib.
Bu barədə İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin ofisinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Məşhəd şəhərində İmam Rzanın (ə) məqbərəsində yeni il münasibətilə nəzərdə tutulan çıxış bu dəfə koronavirusa görə ləğv edilib.
Ayətullah Xameneinin ofisinin bəyanatına görə, ölkədə koronavirusla bağlı aparılan qabaqlayıcı tədbirlər fonunda sözügedən kütləvi tədbir də keçirilməyəcək.
Həmçinin əlavə edilib ki, dünya müsəlmanların vəliyyi-əmri Həzrət Ayətullah Üzma Xameneinin Məşhəd səfəri də ləğv edilib.
Qeyd edək ki, İranın İslam İnqilabının Ali lideri hər yeni Hicri-Şəmsi (Günəş) ili ərəfəsində (Novruz bayramı) çıxış edərək, ölkənin gələcək ildə siyasi, ictimai, dini, hərbi və sar sahələr üzrə strategiyasını açıqlayır.