Fələstinin paytaxtı Qüds şəhərinin İslami Fondlar İdarəsinin məlumatında deyilir ki, hər namaz vaxtından öncə və namaz qılınandan sonra Əqsa məscidinin daxili eyvanları koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə dezinfeksiya edilir.
İslami Fondlar İdarəsinin məlumatına əsasən Fələstinin Səhiyyə Nazirliyinin tövsiyləri əsasında Əqsa məscidi keçən həftənin Cüməaxaşmı günündən dezinfeksiya edilməyə başlanıb. Dezinfeksiya üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi dezinfeksiya maddələrindən istifadə edilir.