İndiyədək hamı elə düşünürdü ki, bu virus ilk dəfə Korona virusu ilk dəfə 2019-cu ilin Dekabr ayının 17-də Hubi vilayətinin Vuhan şəhərində yaşayan Çinli bir kişidə yaranıb.
Amma bu günlərdə həmin çinlinin Dekabr ayında deyil, keçən ilin Noyabr ayının 17-də koronavirusa tutulduğu məlum olub.
İndiyədək "sıfr"ıncı şəxsin (yəni virusa ilk tutulan) məlum olmadığı üçün epidemiyanın araşdırılması yolunda problemlər var idi. Çünki virusa tutulan ilk şəxs məlum olmayanda virusun insana necə sirayət etdiyi də məlum olmur.
Çin rəsmiləri elan ediblər ki, keçən il 266 nəfər koronavirus əlamətləri ilə xəstəxanalara müraciət ediblər. Amma Dekabr ayının sonunadək bu əlamətlərin koronavirus olduğu məlum edilməmişdi.
Virusa ilk yoluxmuş şəxsin əlamətləri göstərir ki, keçən ilin Dekabr ayının ortalarında virusa yoluxub. Dekabr ayının 20-dək virus 60 nəfərə sirayət edib. Dekabr ayının 27-də bu xəbər Vuhanda yayılanda 180 nəfər bu virusun daşıyıcısı idi.