IQNA

13:16 - March 16, 2020
Xəbər sayı: 3486921
Tehra (IQNA) - Yeni Zellandiyanın Kraystçerç şəhərinin Nur və Linvud məscidlərində radikal irqçilər tərəfindən törədilən terror akti nəticəsində həyatını itirən 51 nəfərin xatirəsi yad edilib.
“Nur” və “Linvud” məscidlərində baş terror hadisələrinin bir ili tamam olub.  Buna görə martın 15-də Krayçerdə “Xornkasl Arena”da anim mərasimi keçirilməsi nəzərdə tutulub.  Lakin hakimiyyət korona virusun yayılmasının qarşısını almaq üçün bu tədbiri yasaqlayıb.
Qoyulan qadağalara baxmayaraq müxtəlif dinlərə mənsub olan minlərlə insan Kraystçerç məscidlərinə axışıb. Başqa dini inanclara mənsub olanlar müsəlmanlarla öz həmrəyliklərini bildiriblər. Həmçinin anım mərasiminə Yeni Zelandiyanın müxtəlif şəhərlərindən və dünyanın müxtəlif ölkələrindən gələn insanlar da bu tədbirə qatılıb.  Onlar məscidlərin qarşısına gül düzərək həlak olanların ruhuna dualar ediblər.
Yeni Zelandiyanın baş naziri Casinda Ardern öz feysbuk hesabında bildirib ki, “bizim ölkəmiz bir il öncəki deyil”. 
Xatırladaq ki, 2019-cu ilin martin 15-də Kraystçerçin Nur və Linvud məscidlərində silahlı hucumlar nəticəsində 51 müsəlman qətlə yetirilib və azı 50 nəfər yaralanıb. Ölkənin baş naziri hadisəni terror hücumu adlandırıb. 
Terror aktından sonra 29 yaşlı avstraliyalı Brenton Tarrant terorrizmdə günahlandırılıb və həbs edilib.
 
 
Ad:
E-poçt:
* Comment: