IQNA

15:11 - March 17, 2020
Xəbər sayı: 3486927
Yəmən ordusu təcavüzkar səud koalisiyası qırıcılarını aradan çıxmağa məcbur edib.

Yəmənin ordusu və xalq komitələrinin sözçüsü Yəhya Sərii dünən bildirib ki, yəmənli qüvvələr "Fatir-1" raketlərilə bu ölkənin şimal-qərbində yerləşən Əlcuf vilayətinin səmasında uçan səud koalisiyası qırıcılarını meydandan qaçmağa məcbur edib və onlara əməliyyat keçirmək icazəsi verməyiblər.

Sahartv-nin xəbərinə görə, Yəmənin hava hücumundan müdafiə sistemi şənbə günü də Əlcuf vilayətində səud koalisiyasının F-15 və F-16 qırıcıları ilə mübarizə aparıb və onları bu vilayətin hava məkanını tərk etməyə məcbur edibdir.

Digər tərəfdən, təcavüzkar səud koalisiyası Marəb vilayətinin Sərvah şəhərinə hücumda bomba kasetlərindən istifadə edibdir.

Səudiyyə Ərəbistanı/ ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz etdi və onu quru, dəniz və havadan mühasirəyə aldı.
Səudiyyə Ərəbistanı və onun Yəməndəki müttəfiqləri bu günə qədər 16 mindən çox yəmənlini qətlə yetirib, on minlərlə insanı yaralayıb və milyonlarla yəmənlini didərgin salıblar.

Ad:
E-poçt:
* Comment: