IQNA

23:02 - March 28, 2020
Xəbər sayı: 3486971
Suriyanın rəsmi xəbər agentliyinin verdiyi xəbərə görə, Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefonla danışıb.

İslamazeri.com Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefonla danışıb.

Məlumatda qeyd edilir ki, Suriya Prezidenti Bəşər Əsəd BƏƏ-nin vəliəhd şahzadəsi və eyni zamanda BƏƏ Ordusunun Ali Baş komandanının müavini Məhəmməd bin Zayed Əl-Nəhyanla koronavirusla bağlı telefonla danışıb.

Vəliəhd şahzadə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Suriya xalqını bu cür kritik vəziyyətdə tək qoyan deyil.

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan da bu haqda özünün tvitter səhifəsində bildirib.

"Suriya prezidenti Bəşər Əsəd ilə COVID-19-a dair yenilikləri müzakirə etdim. Mən onu BƏƏ-nin dəstəyindən və Suriya xalqına kömək etməyə hazır olduğuna əmin etdim. Çətin zamanlarda humanitar həmrəylik hər şeydən üstündür, Suriya xalqı tək qalmayacaq.", -deyə o tvitterində qeyd edib.

 

محمد بن زايد
 
Teqlər: koronavirus ، bəə ، suriya ، şahzadə
Ad:
E-poçt:
* Comment:
* captcha: