Tehran (IQNA) - İran İslam Respublikasının Səhiyyə Nazirliyinin sözçüsü bu gün ölkədə koronavirusa yoluxanların ümumi sayının 41495 nəfəri keçrdiyini xəbər verib.

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə görə, bu gün, 30 Mart 2020-ci il, ölkədə koronavirusa yeni yoluxanların sayı 3 min 186 nəfər olub.
O, "covid-19" virusuna yoluxanlardan 13911 nəfərin sağaldığını və 2757 nəfərin vəfat etdiyini deyib.
Kiyanuş Cahanpur son gündə 117 nəfərin, ümumilikdə isə 2 min 757 nəfərin öldüyünü və 3 min 511 nəfərin də vəziyyətinin ağır olduğunu vurğulayıb.