IQNA

11:56 - April 16, 2020
Xəbər sayı: 3487090
Tehran (IQNA) -  Türkiyənin Qırmızı Aypara Cəmiyyəti mübarək Ramazan ayında müsəlman ölkələrində yaşayan 10 milyon ehtiyaclıya qida səbəti verəcək.

AA informasiya portalının verdiyi xəbərə görə, Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin qida yardım səbəti Türkiyənin özündə və dünyanın müxtəlif ölkələrində kasıblara paylanacaq.  

Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin rəisi Kərəm Kınıq deyib: Bu il koronavirus xəstəliyi yayıldığı üçün hər ildəkindən fərqli olaraq bu təşkilatın humanitar yardımlarının böyük bir hissəsini ölkəmizdəki ehtiyaclılara ayırmışıq.  

O əlavə edib: Buna baxmayaraq dünyanın müxtəlif yerlərində müharibə və təbii bəlalara görə çətinlik və böhran içində yaşayan ehtiyaclılara da kömək edəcəyik.

Kınıq vurğulayıb: Türkiyə Qırmızı Aypara cəmiyyəti bu ilin Ramazan ayında dünyanın 16 ölkəsində, o cümlədən Bolqarıstan, Bosniya, Şimali Kipr, Fələstin, Suriya, İraq, Sudan, Sumali, Əfqanıstan, Pakistan, Banqladeş, Raxin və Seneqalda 500 min nəfərə qida yardımı göstəriləcək.

Kərəm Kınıq bildirib ki, bu il Türkiyə Cümhuriyyətinin Qırmızı Aypara Cəmiyyətinin mübarək Ramazan ayı üçün büdcəsi 207 milyon Türkiyə lirəsidir (2 milyon 300 min dollar).

3891967

Ad:
E-poçt:
* Comment:
* captcha: