IQNA

10:56 - April 28, 2020
Xəbər sayı: 3487147
Tehran (IQNA) - Uels şahzadəsi Ramazan ayı münasibəti Böyük Britaniyadakı müsəlmanlara emosinal video müraciətini “Assalamu Aleykum” sözləri ilə başlayıb.
Britaniya şahzadəsi Çarlz epidemiya şəraitində müqəddəs Ramazan ayında oruc tutan müsəlmanlara hörmətini ifadə edib, həmçinin koronavirusla mübarizənin ön cəbhəsində həyatını itirən müsəlman icmasının qəhrəman həkimləri və tibb bacılarının ailələrinə səmimi başsağlığı verib.
 
Maide.Az xəbər verir  ki,  Uels şahzadəsi Ramazan ayı münasibəti Böyük Britaniyadakı müsəlmanlara emosinal video müraciətini “Assalamu Aleykum” sözləri ilə başlayıb. Çarlz müsəlman könüllülərin və xeyriyyəçilərin pandemiya dövründə ehtiyacı olanlara kömək üçün verdiyi töhfələri də yüksək qiymətləndirib.
 
"Daily Mail"in verdiyi xəbərə görə, "mənim üçün ən faciəli olanı, bir sıra yüksək ixtisaslı və əvəzolunmaz həkim və tibb bacılarının bu zərərli virusa görə həyatlarını itirmələridir. Koronavirusdan dünyasını dəyişənlər arasında həkimlərdən Amjid əl-Havrani, Abdul Mabud Çaudhari, Alfa Saadu, Adil əl-Tayyar və Həbib Zayedi var", - Deyə Çarlz bildirib.
Ad:
E-poçt:
* Comment:
* captcha: