IQNA

Sünni müfti Amerikalıların İraqdan çıxarılmasını istədi

23:22 - May 09, 2020
Xəbər sayı: 3487210
Tehran (IQNA) -  İraqın Əhli-Sünnə məzhəbinin baş müftisi Şeyx Mehdi Sumaydai terrorçu Amerika hərbiçilərinin ölkədən çıxarılmasını tələb edib.

İraqın Əhli-Sünnə məzhəbinin baş müftisi Şeyx Mehdi Sumaydai ötən gün (Cümə günü, 8 May 2020) bəyaniyyə yayaraq ölkənin baş naziri Mustafa əl-Kazimidən istəyib ki, amerikalı terroristlərin ölkədən çıxarılması üçün şücaətlə çalışsın.

Bəyaniyyəsində yeni baş nazirə təbrik deyən baş müfti ölkədə məhbusların, qaçqınların, işsizlərin və ali məktəbi bitirmiş məzunların problemlərini önə çəkərək nazirdən bu məsələlərin həllində çalışmasını istəyib.

Baş müfti vurğulayıb: İraqın yeni baş naziri İŞİD terrorçularının tərəfdarlarını, İŞİD-ə oxşar siyasətçiləri və məzhəbi fitnə yaradanları cəzalandırmalıdır.

İraqın Əhli-Sünnə məzhəbinin baş müftisi Şeyx Mehdi Sumaydai baş nazirə xitabən deyib: Mən bir ay ərzində İraq xalqının səni dəstəkləyəcəyini təzmin edirəm. Amma sən, bir ovuc "işidsifət" siyasətçiyə görə tarixi qəhrəmanlıq səhifələri ilə dolu olan xalqı əzib keçmə və ucuz satma! Xalqın tələbələrinə əhəmiyyət və problemlərini həll etməyə çalış! Etirazçılara hörmətlə yanaş!  

https://iqna.ir/fa/news/3897284

Teqlər: baş müfti ، baş nazir ، İraq ، İŞİd
captcha