IQNA

Zeynəbiyyə regionu karantindən çıxdı

4:42 - May 18, 2020
Xəbər sayı: 3487251
Tehran (IQNA) -  Suriyanın paytaxtı Dəməşqin 10 kilometrlik məsafəsində yerləşən Zeynəbiyyə regionunda bir ay öncə tətbiq edilən karantin rejimi ləğv edildi.

Bu barədə Suriyanın Səhiyyə Nazirliyi ötən gün (Bazar, 17 May 2020) məlumat yayıb. Məlumatda deyilir ki, Zeynəbiyyə regionunda aparılan tibbi müayinə və müşahidələrin nəticəsinə görə burada yeni koronavirusa yoluxma halı qeydə alınmayıb. Buna görə regionda icra edilən karantin rejimi ləğv edildi.  

Qeyd edək ki, son məlumata əsasən, Suriyada 51 nəfər koronavirusa tutulub. Onlardan üç nəfəri ölüb, 36 nəfəri sağalıb və 12 nəfəri müalicə alır.

3899642

captcha