IQNA

Hindistanda virtual "Bəqi" seminari keçiriləcək

23:03 - May 30, 2020
Xəbər sayı: 3487312
Tehran (IQNA) -  İyun ayının 1-də (8 Şəvval) Mədinə şəhərində bir çox İslam şəhidlərinin və məsum imamlarımızın (ə) dəfn edildiyi müqəddəs Bəqi məzarlığının dağıdılmasının ildönümüdür.

Həzrət Həmzə Seyyiduş-Şühəda, İmam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) dəfn edildiyi bu müqəddəs məzarlıq Şəvval ayının 8-də terrorçu sələfi-vəhabilərin əli ilə dağıdılmışdır.  

Gələn həftənin Bazar Ertəsi günü (8 Şəvval) bu münasibətlə Hindistandan "Cənnətül-Bəqi" adlı virtual seminar keçiriləcək. Seminar "Vilayət TV" kanalı və sosial şəbəkələr üzərindən, o cümlədən Hindistanlı şiələrin 15 youtube kanalında canlı yayımlanacaq.  

Seminar yerli vaxtla İyun ayının 1-də, həftənin Bazar Ertəsi günü və saat 15:00-da başlayacaq.

Seminarda Mehdi QulamMehdi Xan, Nisar Heydər Ağa, Məhəmməd Abidi, MəhəmmədRza QupalPuri, Seyyid Cəlal Nəqəvi, Höccətul-İslam vəl-müslimin Məhəmməd Qazi Əsgər, Höccətul-İslam vəl-müslimin Hüseyn Mehdi Hüseyni və Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin Hindistandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Mehdipur çıxış edəcəklər.   

3901830

kod
captcha