IQNA

Ərəbistanın ən yaşlı Quran müəllimi vəfat etdi

11:50 - June 06, 2020
Xəbər sayı: 3487340
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın ən qədim Quran ustadı və ən yaşlı Qurani-Kərim müəllimi Şeyx Məhmud Sükkər vəfat edib.

Riyazın "əl-Məknun" Qurani-Kərimin hifzi birliyi bu barədə verdiyi məlumata əsasən, ötən gün (5 İyun 2020) 90 yaşında ikən fani dünya ilə vidalaşıb.

Ömürünün son illərini vətənində keçirən Quran ustadı Qahirədə vəfat edib.    

Səudiyyə Ərəbistanın ən qədim Qurani-Kərim müəllimi Şeyx Məhmud Sükkər əslən Misrdən idi. O uzun müddət Riyazda yaşamış, ömrünün çoxunu Quran öyrətməklə keçirmiş və çox sayda şagirdlər yetişdirmişdir.

Mərhum Şeyx Məhmud Sükkər Misrin Ciyzə əyalətində anadan olmuşdu. Misrin əl-Əzhər İslam Mərkəzinin məzunlarından idi. Hicri-Qəməri tarixi ilə 1393-cü ildə (48 il öncə) Riyaza mühacirət etmiş və Quran tədrisi ilə məşğul olmuşdu. 3903103

captcha