IQNA

Sionistlər Yafada qədim müsəlman qəbiristanlığını dağıtdılar

11:15 - June 20, 2020
Xəbər sayı: 3487436
Tehran (IQNA) -  İşğalçı İsrail rejimi, Fələstinin sionistlər tərəfindən işğal edilmiş ərazilərindəki Yafa şəhərinin qədim "əl-İs`af" müsəlman qəbiristanlığını dağıdıb.

SAFA-nın verdiyi xəbərə görə, Fələstinin Ali Fətva Şurasının 184-cü iclası Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseynin rəhbərliyi ilə həftənin Cümə Axşamı günü, 18 İyun 2020-ci il, keçirilib.

Fələstinin Ali Fətva Şurasının bu iclasında sionist yəhudi rejiminin təcavüzkar addımını məkum edib.

İclasda iştirak edənlər sionist rejiminin İordaniya çayının qərb sahillərinin digər bir hissəsini də işğal edilmiş torpaqlara ilhaq edilməsi layihəsini tənqid və bunu açıq-aşkar təcavüzkarlıq hesab ediblər və dünya müsəlmanlarından istəyiblər ki, bu məsələyə öz etirazlarını bildirsinlər.  

Fələstinin Ali Fətva Şurasının iştirakçıları sionistlərin Fələstinin müqəddəs torpaqlarını tədricən qəbs etmək niyyətində olduqları barədə dünya müsəlmanlarına xəbərdarlıq ediblər.

İclas iştirakçıları Fələstinin yəhudilər tərəfindən işğal edilmiş ərazilərindəki Yafa şəhərinin qədim "əl-İs`af" müsəlman qəbiristanlığını dağıtmasını və yerində yəhudilər üçün yaşayış mənzillərinin tikilməsini məhkum ediblər.  /3905577

captcha