IQNA

15:34 - June 20, 2020
Xəbər sayı: 3487439
Təl-Əviv ətrafında yerləşən Yafa şəhərinin ərəb sakinləri sionist rejimin sionist qəsəbəsalma siyasətinə qarşı aksiya keçiriblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Təl-Əvivin 60 kilometrliyində yerləşən Yafa şəhərinin ərəb sakinlərindən yüzlərlə nəfər bir daha aksiya keçirərək, bir sionist qəsəbəsalma proyektinin icrası üçün «Əlisaaf» qəbiristanlığının dağıdılması planına etiraz edib.

Yafa şəhəri ötən günlər də bu şəhərin ərəb sakinlərinin sionist rejimin qəsbkarlıq siyasətlərinə qarşı aksiyaları səhnəsi olubdur.

Sionist rejim bir sionist qəsəbəsalma proyektinin icrası üçün iyun ayının əvvəllərindən bəri müsəlmanlara aid olan «Əlisaaf» qəbiristanlığını dağıtmağa başlayıbdır.

Bu rejim sionistsakinli qəsəbələr salıb, fələstinlilərin mənzillərini dağıtmaqla fələstinli bölgələrin coğrafi strukturunu dəyişdirmək və bu bölgələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli bölgələrdə olan hökmranlıqlarını təsbit etmiş olsun.

Teqlər: Sionist rejim ، Yafa ، Fələstin ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: