IQNA

23:11 - June 24, 2020
Xəbər sayı: 3487472
Tehran (IQNA) -  Livanın vəhabilər və sionist rejimi ilə dostluqda və İran İslam Respublikasına əleyhinə çıxışları ilə məşhur ŞİƏ ruhanisi İsrailə casusluqda ittiham edildi.

Əvvəllər HİZBULLAH sıralarında müqavimətçi kimi tanınan, daha sonralar isə ƏMƏL həraktına qoşularaq İran İslam Respublikası və Livan İslam Müqaviməti Hərəkatına qarşı çıxışlar edən Seyyid Əli Əmin sionist rejiminin lehinə casusluq maddəsi ilə istintaqa cəlb edilib.

Onun Bəhreyndə sionist İsrail rejiminin rəsmiləri ilə görüşməsi, Livanda yaşayan müxtəlif dinlərin və milliyyətlərin arasında təfriqə salması, HİZBULLAH güclərini və şəhidlərinə qarşı gəlməsi, fitnə törətməsi, Cəfəri məzhəbinin əsaslarını təhrif etməsi, vəhabi telekanallarında ŞİƏ əqidəsinə qarşı danışması və vəhabilər ilə yaxın əlaqələri Livanın Cəbəl Amul əyaləti prokurorunun onun barəsində səsləndirdiyi ittihamlardır.  

Bu ittihamlar məlum ruhaninin barəsində sübuta yetirilərsə, onu edam və ya əbədi həbs həyatı gözləyir. /3906743

Ad:
E-poçt:
* Comment:
* captcha: