IQNA

8:36 - June 27, 2020
Xəbər sayı: 3487488
Tehran (IQNA) -  İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının hərbi şöbəsinin məsulu Cümə gecəsi HİZBULLAH qərargahında edilən basqı ilə bağlı xəbərdarlıq mesajı verib.

İraq dövlətinin "terrorizmlə mübarizə qüvvələri" 40 ədəd zirehli maşınla Cümə gecəsi (25 İyun 2020) Bağdadın əd-Durə rayonunda İraqın HİZBULLAH İslami Müqavimət Güclərinin qərargahına hücum edərək HƏŞDUŞ-ŞƏƏBİ təşkilatının silahlı qüvvələrinin 45-ci taborunun bir sıra komandir və mücahidlərini həbs etmişdi.

İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının hərbi şöbəsinin sözçüsü Nəsr əş-Şəmri Cümə gecəsi HİZBULLAH qərargahında edilən basqı ilə bağlı xəbərdarlıq mesajı verib.

O deyib: Bəziləri işğalçı Amerikanın layihələrinin icraçısı rolunu ifadə edirlər. Belə olmamalıdır. Həşduş-Şəəbi mücahidlərinə qarşı hər hansı bir əməliyyat qəbuledilməzdir.

Nəsr əş-Şəmri vurğulayıb: Bəziləri İraqın daxilində fitnə yaratmaq istəyirlər. Bu layihəni icra etmək istəyənlər özlərini intihara sürükləyirlər. Bu proqramı hazırlayanları heç gözləmədikləri bir aiqbət gözləyir.

Qeyd edək ki, Həşduş-Şəəbinin mücahidləri Cümə günü səhər azad ediliblər. Dövlət bu barədə üzr istəyib və əməliyyatın yanlış bir məruzə əsasında keçirildiyini bildirib. /3906996

 

Ad:
E-poçt:
* Comment:
* captcha: