IQNA

18:13 - July 02, 2020
Xəbər sayı: 3487529
İşğalçı İsrailin mühasirəsində olan Qəzzada dərman və tibbi vəsait çatışmazlığı səbəbidən xəstələr çətin vəziyyətdədir.
Maide.Az “Anadolu”ya  istinadla xəbər  verir ki, bunu  Fələstin Səhiyyə Nazirliyinin Qəzza Xəstəxanaları üzrə  idarə rəisi Ala Hillis deyib. 
 
A.Hillis  verdiyi yazılı açıqlamasında Qəzzada xərçəng, ana və uşaq sağlamlığı, böyrək, göz, ürəklə əlaqəli dərmanları və tibbi vəsaiti  təmin edə bilmədiyini söyləyib və qeyd edib ki, dərman çatışmazlığı səbəbiylə xəstələrin çox əziyyət çəkir. 
 
O, xəstələrin həyatını xilas etmək üçün sağlıq sektorunun bütün dəstəkçilərini və xeyriyyəçi adamları yardım etməyə çağırıb. 
 
Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzadakı xəstəxanalar dərmanların 44 faizini, tibbi ləvazimatlarda isə 30 faizini  təmin edə bilmir. 
 
Təxminən 13 ildir davam edən İsrailin mühasirəsi və Fələstindəki parçalanma səhiyyə sektorundakı problemlərin əsas səbəblərindən biridir.
Ad:
E-poçt:
* Comment:
* captcha: