IQNA

11:35 - July 04, 2020
Xəbər sayı: 3487540
Tehran (IQNA) -  Almaniyanın Brandenburg şəhərində məscidə hücum etmək istəyən neo-nazi bir qrupun hücum planının qarşısı polis tərəfindən alınıb.

"Bregenz Azad Qüvvələri" adlanan bu neo-nazi qruplaşmanın 32-40 yaşlarında olan 7 üzvünün Vittenberq əyalətinin Brandenburg şəhərinin Bregenz rayonunda yerləşən məscidə partlayıcı maddələrlə hücum etmək planı barədə məlumat alan polis hadisənin qarşısını vaxtında ala bilib.

Polis əldə etdiyi məlumatlar əsasında Almaniyanın Brandenburg, Meklenburq-Ön Pomeraniya və Saksoniya şəhərlərində həmin qrupa qarşı əməliyyatlar keçirib. Əməliyyat zamanı qruplaşmanın malik olduğu silahlar kəşf edilərək götürülüb.

Bu hadisəsinin ardınca Almaniya Əyalət Şurası cəmiyyətdə nifrət yaradan cinayətlərin çoxalmasına səbəb olan irqçi və sağçı radikallığa qarşı yeni qanun layihəsini imzalayıb.

Bu qanuna əsasən sosial şəbəkələrdə neo-naziliyi təbliğ edən, ölüm və ya cinsi təcavüzlə təhid edən və ixtilafa səbəb olan materiallar yayanlar polis tərəfindən istintaqa cəlb ediləcək. /3908447

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: