IQNA

Berlində anti-rasist aksiyalar davam edir

21:02 - July 05, 2020
Xəbər sayı: 3487554
Almaniyanın paytaxtı Berlin şəhərinin əhalisi anti-rasist aksiyaların davamında küçələrə çıxıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Almaniyadakı etirazların dördüncü həftəsində Berlin şəhərinin bir qrup sakini dünən küçələrə çıxaraq, rasizmə qarşı aksiya keçirib.

Aksiyaçılar Qərb cəmiyyətlərində irqlərə. əqidələrə və təmayüllərə qarşı mövcud olan ayrı-seçkilik mahiyyətli münasibətləri tənqid ediblər.

2020-ci il mayın 25-də Amerikanın Minnesota ştatının Minneapolis şəhərində qaradərili Amerika vətəndaşı Corc Floydun qətlə yetirilməsindən sonra bu ölkənin müxtəlif şəhərlərində irqçiliyə qarşı geniş miqyaslı aksiyalar başlandı. Bu aksiyalar indiyədək davam edir.

captcha