IQNA

7:02 - July 07, 2020
Xəbər sayı: 3487571
Tehran (IQNA) -  Tunisdə məscidlərin dini fəaliyyətləri, o cümlədən Quran təlimləri dövlətin elan etdiyi sanitariya qaydalarına əməl etmək şərti ilə yenidən başlayır.

Tunisin Dini İşlər Nazirliyi bu barədə elan edib: Məscidlər dini fəaliyyətlərinə, o cümlədən dini dərslərin verilməsi və Quran qiraəti məclislərinin keçirilməsinə sanitariya qaydalarına əməl etməklə başlaya bilərlər.

Bu şərtlə ki, dini ayinlərin icrası, dini dərslərin keçirilməsi və Quran qiraətlərinin icrası 20 dəqiqədən çox vaxt tutmasın.

Həmçinin məscidə gələnlər maska taxılması, sosial fasilənin gözlənilməsi, şəxsi Quran və səccadədən istifadə edilməsi və sair kimi sanitariya qaydalarına riayət etməlidirlər.

Bundan əlavə zərurət olmadıqca məscidin tualet və təmizlik servislərindən istifadə edilməsin. Həmçinin məscidin tualet və dəstəmazxanası dezinfeksiya edilsin və münasib havalandırma sistemləri quraşdırılsın.    /3909074

Ad:
E-poçt:
* Comment:
* captcha: