IQNA

9:14 - July 07, 2020
Xəbər sayı: 3487573
Tehran (IQNA) -  İraqın siyasi təhlükəsizlik məsələləri və silahlı radikalların işi üzrə təhlilçisi Hişam əl-Haşimi İŞİD terrorçuları tərəfindən terror edilərək öldürülüb.

"Baghdad-Times" informasiya agentliyinin verdiyi xəbərə görə, hadisə ötən gün (Şənbə, 6 İyul 2020) axşam saatlarında Bağdadda baş verib.

İraqın daxili işlər nazirliyinin sözçüsü Səd Məin deyib: İki ədəd motorsikletə minmiş naməlum silahlı şəxslər Ziyunə rayonunda Hişam əl-Haşimini evinin önündə baş və sinəsindən güllə ilə vurublar.

Təhlükəsizlik mənbələrinin verdiyi xəbərə görə, Hişam əl-Haşimi hadisədən sonra İbnun-Nəfis xəstəxanasına çatdırılsa da yaralarının ağırlığından həyatda qala bilməyib.

Qeyd edək ki, 47 yaşlı Hişam əl-Haşimi ölkənin siyasi məsələləri və radikal qruplaşmalarla iş üzrə təhlükəsizlik təhlilçisi idi. Onun bu silahlı radikal qruplaşmalarla bağlı müxtəlif araşdırmaları nəşr edilmişdi. /3909079

Ad:
E-poçt:
* Comment:
* captcha: