IQNA

17:05 - July 22, 2020
Xəbər sayı: 3487703
Ayətullah Xamenei İraqın baş nazirini qəbul edərkən İslam Dünyasının Böyük mərcəiyyəti olan Ayətullah Seyid Sistanidən də söz açıb. O, Ayətullah Sistaninin İraq üçün böyük bir nemət olduğunu bildirib.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İraqın baş naziri əl-Kazimini qəbul edərkən İslam Dünyasının Böyük mərcəiyyəti olan Ayətullah Seyid Sistanidən də söz açıb. O Ayətullah Sistaninin İraq üçün böyük bir nemət olduğunu bildirib.

“Mərceyi-təqlidlər və şəxsən Ayətullah Sistanin İraq üçün böyük bir nemətdir.”, – deyə Ayətullah Xamenei qeyd edib.

“Əlbəttə, İran və İraq arasındakı əlaqələrin inkişafına qarşı olanlar var və onların başında Amerika durur. Lakin ABŞ-dan qətiyyən qorxmaq lazım deyil, çünki heç bir qələt edə bilməz. Amerikalılar çətinliklər və narahatlıqlar yaradırlar. Lakin İraq dövləti bu çətinliklərə baxmayaraq öz yolunu tam güclə davam etdirməlidir və xalqı öz hamisi kimi qorumalıdır”, -deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei daha sona deyib: “Həşdi-Şəbi də İraq üçün qorunması vacib olan digər böyük nemətdir”.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri Mustafa əl-Kazimi İslam İnqilabının Rəhbəri ilə görüşün böyük bir xoşbəxtlik olduğunu deyərək ayrı-ayrı mərhələlərdə, xüsusilə İŞİD və təkfirçi qruplaşmalarla döyüşdə İrana sərgilədiyi mövqelərə və verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək deyib: “İraq xalqı İranın dəstəklərini heç vaxt unutmayacaq. Həqiqət budur ki, təkfirçilərlə döyüşdə iraqlılarla iranlıların qanı bir-birinə qarışdı. İran və İraq arasındakı əlaqələr Əhli-beytə qarşı (ə) sevgi sayəsində dərin və uzun tarixi, mədəni və dini köklərə əsaslanır. Zat alilərinin nəsihətləri problemlərin həllinin açarına bənzəyir və mən bu göstərişlərinizə görə sizə təşəkkür və minnətdarlığımı edirəm.”

Ad:
E-poçt:
* Comment:
* captcha: