İran İslam Respublikasının Pakistanın Karaçi şəhərindəki baş konsulu Əhməd Məhəmmədi, Sind əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Şahnaz Həmidə yüzlərlə dəst qoruyucu kostyum təhvil verib.
SalamNews -un IRNA-ya istinadla verdiyi xəbərə görə, Sinddə Qızıl Aypara cəmiyyətinin ofisində baş tutan görüşdə tərəflər koronavirusla mübarizə yolları barədə fikir mübadiləsi aparıb.
İranlı diplomat bildirib ki, ölkəsi koronavirusun müalicəsi üçün dərman da daxil olmaqla qoruyucu vasitələr istehsal edir və bu məhsulları uyğun qiymətə Pakistana ixrac etməyə hazırdır.
Əhməd Məhəmmədi, İranın məşhur xəstəxanasının adından humanitar yardımı cəmiyyətə təhvil verib.