IQNA

21:13 - July 25, 2020
Xəbər sayı: 3487726

Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxub

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

captcha