IQNA

17:29 - August 03, 2020
Xəbər sayı: 3487801
Tehran (IQNA) – Səudiyyə Ərəbistanın Əflac əyalətinin əl-Bədii şəhərində yaşayan 68 yaşlı təhsili olmayan bir xanım 25 ildən sonra Quranı əzbərləyə bilib.

Quranı 25 ilə əzbərlədiyi üçün keçən həftənin Şənbə günü, 1 Avqust 2020-ci il, şadlıq və sevinc mərasimi təşkil edən xanımın adı xəbər qaynaqlarında açıqlanmayıb.

Yazmaq və oxumaq savadı olmayan yaşlı qadın Bədii şəhərinin "Meymunə" Quran Öyrənciləri Mərkəzində Quranı hifz etməyi öyrənib. O, bunun üçün müxtəlif qarilərin səslərini dinləmək və təkrarlamaq metodundan istifadə edib.

Əflac əyalətinin Quran Hafizləri Cəmiyyəti xanıma dəyərli hədiyyələr və 5 min riyal pul mükafatı verib.  

Qeyd edək ki, Əflac Quran Hafizləri Cəmiyyəti indiyədək 80 min Quran hafizi məzun edib. Hazırda isə bu mərkəzdə 2 min nəfər qadın və kişi Quran öyrənir. Həmçinin cəmiyyətin 4 baş ofisi və xanımlar üçün 19 Quran təlimi mərkəzi var.   /3914345

موفقیت بانوی بی‌سواد عربستانی در حفظ قرآن پس از 25 سال

Ad:
E-poçt:
* Comment:
* captcha: