IQNA

9:11 - August 09, 2020
Xəbər sayı: 3487844
Tehran (IQNA) -  Həcc mərasimi həmişə müsəlmanların ən böyük dini toplantısı kimi dünyanın diqqət mərkəzində olub və bir çoxları bu ayinlə yaxından tanış olmağa çalışıblar.

Bu baxımdan həmişə Şərq dünyasını müstəmləkə etmək üçün çalışan Qərb də müsəlmanların vəhdət simvolu olan Həcc mərasiminə biganə qalmayıb və bu barədə araşdırmalar aparıb, Həcc ayinlərinin müsəlmanların həyatına və dolayısı ilə də dünyaya qoyduğu təsisi azaltmağa çalışıb.

Qərb ölkələri Həcc səfərlərinə öz şərqşünaslarını müsəlman geyimində casus olaraq göndərib. Onlar Həcc ayinlərinin bütün əməllərini və müsəlmanların hərəkətlərni diqqətlə izləyib və bu barədə səfərnamə və xatirlərini yazıblar.

Həcc səfərinə müsəlman libasında, əslində isə casus kimi ezam edilən Avropalı şərqşünaslardan biri də Ser Riçard Burtondur (Richard Burton, 1821 -1890).

O, müsəlman ölkələri, xüsusi ilə də Orta Şərq barədə geniş araşdırmalar aparan tanınmış şərqşünasdır.

Riçard Sumalinin paytaxtına gəlmiş və həmçinin Mərkəzi Afrikanın böyük göllərini kəşf edən ilk avropalıdır.

O, həm də məşhur iranlı şair Sədinin "Gülüstan" əsərini İngilis dilinə tərcümə etmişdir.

Riçard zahirdə müsəlman libasına girərək Həcc səfərinə getmiş və öz xatirə və təcrübələrini "Məkkə və Mədinə ziyarətindən şəxsi dastanlarım" (of a Pilgrimage to Al-Madinah and Meccah) adlı əsərində çap və nəşr etdirmişdir.

Bu kitab ilk dəfə 1855-ci ildə üç cilddə çap və nəşr edildi.

Kitabda Burtonun müqəddəs Məkkə və Mədinə şəhərlərində Həcc mərasimi zamanı və bütün səfər çərçivəsindəki tərcübə və xatirləri yer alıb.

Kitabda Ərəblərin əxlaq, etiqad və ictimai yaşam tərzi, dini mərasimləri, məscidləri, coğrafiyası və tayfaları haqqında geniş məlumat verilib.   

O, tüfeyli bir ərəb formasında Kəbəni və Peyğəmbərin (ə) məzarını ziyarət etmiş və bütün Həcc ayinlərini yaxından təcrübə etmişdir.

Riçard dünyada Kəbəni və Peyğəmbərin (s) qəbrini yaxından görən beş-altı qeyri-müsəlmandan biridir.

Qeyd edək ki, o, Böyük Britaniya silahlı qoşunlarının hərbiçisi olaraq kəşfiyyat məqsədi ilə Ərəbistana səfər etmişdi.

Səfəri çərçivəsində İslam ölkələrindən, Osmanlı imperiyasının hakimiyyəti altında olan şəhərlərdən hərbi kəşfiyyat xarakterli məlumatları toplamışdı. /3914196

Oxşar xəbərlər
Ad:
E-poçt:
* Comment:
* captcha: