IQNA

Amerikalı hacının Məkkə xatirələri

9:46 - August 04, 2020
Xəbər sayı: 3487806
Tehran (IQNA) -  Amerikalı şarir və yazar Maykıl Volf (Michael Wolfe) 1945-ci ildə Amerikanın Sinsinnati şəhərində anadan olub. 40 yaşında İslam dinini qəbul edib.

O, Amerikanın məşhur Harvard universitetində İslam dini ilə bağlı mövzuları tədris edən müəllimlərdən biri olub.

Maykıl müsəlman olduqdan sonra Həcc səfərinə gedib və bu səfərdəki tərcübə və xatirələrini qələmə alıb.

O, Həcc xatirələri barədə iki kitab yazıb. Bu kitablardan biri "Amerikalı bir zəvvar Məkkədə" (The Hadj: An American's Pilgrimage to Mecca) adlanır. Bu kitabı 1993-cü ildə yazıb. Kitabda xatirələrini paylaşaraq Həcc əməlinin müsəlmanlar üçün əhəmiyyətli olmasının fəlsəfəsini açıqlamağa çalışıb.  

Onun digərin kitabı isə "Məkkəyə tərəf min yol" (One Thousand Roads to Mecca) adlanır. Volf bu kitabı 1999-cu ildə çap və nəşr edib. Kitabda müxtəlif tarixi şəxsiyyətlərin Həcc səfərindən xatirələri toplanıb. Bunların arasında Nasir Xosrov, İbn Cübeyr, İbn Bəttutə kimi məşhur səyyahların Həcc xatirələri və öz xatirələri də var. /3914196

captcha