IQNA

23:10 - August 15, 2020
Xəbər sayı: 3487888
Fələstinlilər işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsada İsrail rejimi ilə normallaşma sazişi bağlayan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etiraz ediblər.

Fələstinlilər işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsada İsrail rejimi ilə normallaşma sazişi bağlayan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etiraz ediblər. 

 Maide.Az "ABNA"a istinadla xəbər verir ki, cümə namazından sonra Məscidi-Əqsadakı Qübbətüs-Səhranın önündəki çardaqlara toplaşan fələstinli qrup BƏƏ və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid ən-Nahyana etiraz edib. 

 İsrail polisinin müdaxilə edərək, Fələstin bayrağını əllərindən aldığı fələstinli gənclər "BƏƏ məhv olsun!", "Ey Zayid, ey qorxaq, ey ABŞ-ın əməkdaşı!" kimi şüarlar səsləndirbilər.

Etirazçılar Tramp, Netanyahu və Bin Ziyad ən Nəhyanın şəkillərini yandırıblar. 

 

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: