IQNA

Beynəlxalq kampaniyaya start verildi: "Evdə Əzadarlıq Fəaliyyətləri"

8:22 - August 19, 2020
Xəbər sayı: 3487918
Tehran (IQNA) - İİR-nın Universitet Tələbələrinin Quran Təşkilatı Kərbəla qiyamı şəhidlərinin əzadarlıq günləri münasibəti ilə beynəlxalq səviyyədə "evdə əzadarlıq" kampaniyası başladıb.

Tehran (IQNA) - İran İslam Respublikasının Universitet Tələbələrinin Quran Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) və vəfalı silahdaşlarının əzadarlıq günləri münasibəti ilə "evdə əzadarlıq fəaliyyətləri" kampaniyası başladıb.

Kərəbəla şəhidləri və "Covid-19" virusu (koronavirus) ilə mübarizədə həyatı itirən tibb işçilərinin xatirəsinə həsr edilmiş kampaniyanın hədəfi şiə dünyasında və müsəlman aləmində keçmişdən qalmış gözəl əzadarlıq adətlərini yeni üslubda yenidən canlandırmaq və bunun üçün müasir kütləvi informasiya texnologiyasından istifadə etməkdir.

"Evdə Əzadarlıq" devizi ilə başladılan kampaniyaya aşağıda göstərilən fəaliyyət sahələri daxildir: Mühazirə (minbər və xütbə), incəsənət əsərləri, podkast, hüsnxətt, xəttatlıq, rəssamlıq, fotoqrafiya, tipoqrafiya, video, kitab təqdimatı, seminar.

Əsərlərin göndərilməsi üçün son tarix: 17 Oktyabr 2020.

Daha çox məlumat əldə etmək istəyənlər http://rozeh.isqa.ir saytına müraciət edə bilərlər.

Beynəlxalq kampaniyaya start verild:

 

 

 

captcha