IQNA

9:55 - August 22, 2020
Xəbər sayı: 3487939
Bir çox Quran ayələrində tarixin seçilmiş şəxsiyyətlərinin, onların ibrətamiz sərgüzəştlərinin xatırladılması və söylənilməsinə təkid olunmuşdur və bu məsələni məsumlar müxtəlif yollarla həyata keçirilmişdir.

Məsum imamların (ə) Aşura hərəkatını yaşatmaq üçün tökdükləri ən təsirli tədbir İmam Hüseynə (ə) ağlamaqdan ibarətdir. İmam Səccad (ə) imamət dövrü boyunca Aşura hadisəsinə görə əzadarlıq etmiş və bu müsibətə o qədər ağlamışdı ki, ona “Çox ağlayan” ləqəbi vermişdilər. («Vəsailuş-şiə», c.2, səh.922, bölüm 87, hədis 7.)

O həzrət (ə) buyurardı:

إِنِّى‌ لَمْ اذْكُرْ مَصْرَعَ بَنى‌فاطِمَةَ إِلّا خَنَقَتْنِى الْعَبْرَةُ

“Fatimə (s.ə.) övladlarının qətl edildiyi yer (Kərbəla) yadıma düşdüyü zaman, qəhər və ağlamaq məni boğur.” («Biharul-ənvar», c.46, səh.108.)

İmam Səccadın (ə) hər münasibətdə ağlaması ümumi oyanışa, Aşura hadisəsi və Aşura şəhidlərinin unudulmasının qarşısının alınmasına səbəb olurdu. Şiə imamları (ə) şəhidlər ağasının əzadarlığında özləri İmam Hüseynə (ə) ağlamaqla yanaşı, camaatı da ağlamağa təşviq edərək rəğbətləndirirdilər. İmam Rzadan (ə) nəql edilən rəvayətdə bildirilir:

فَعَلى مِثْلِ الْحُسَيْنِ فَلْيَبْكِ الْباكُونَ، فَإِنَّ الْبُكاءَ عَلَيْهِ يَحُطُّ الذُّنُوبَ الْعِظامَ‌

“Ağlayanlar İmam Hüseyn (ə) kimisinə ağlasınlar. Ona görə ki, o Həzrətə ağlamaq böyük günahları aradan aparır.” («Biharul-ənvar», c.44, səh.284, c.10, səh.394, hədis 8.)

Rəvayətdə ağlamaqla bağlı verilən böyük mükafatlardan danışıldığı kimi, hətta ağlatmaq və ya özünü ağlayan kimi göstərməyə də çoxlu savab veriləcəyi xatırladılmışdır. Əhli-beytin (ə) məzlumiyyətinə ağlamqla bağlı olan bir rəvayətdə belə deyilir:

مَنْ بَكى وَ أَبْكى واحِدَاً فَلَهُ الْجَنَّةُ، وَ مَنْ تَباكى‌ فَلَهُ الْجَنَّةُ

“Hər kim (İmam Hüseynə (ə)) ağlasa, (hətta) bir nəfəri belə ağlatsa, onun mükafatı Cənnətdir və hər kim qəmlənsə, onun mükafatı Cənnətdir.” («Biharul-ənvar», c.44, səh.288; Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.51-52.)

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment:
* captcha: