IQNA

8:10 - August 29, 2020
Xəbər sayı: 3488006
«Ey qardaşım! Sən mənim (qoşunumun əzəməti) və əsgərlərimin birlik mərkəzinin nişanəsisən. Əgər sən də (gedib şəhid olsan), bizim dəstəmiz pərakəndə və viran olar.»
İmam Hüseynin (ə) qoşununun bayraqdarı Həzrət Abbas ibn Əli (ə) bütün səhabələrin, qardaşları və əmisi uşaqlarının şəhadətə yetdiyini gördüyü zaman Allahla görüşmək şövqü ilə irəli çıxdı və bayrağı götürdü, qardaşı İmam Hüseyndən (ə) meydana getmək üçün icazə istədi.
 
İmam Hüseyn (ə) buyurdu:
 
يا أَخي كُنْتَ الْعَلامَةَ مِنْ عَسْكَري وَ مُجْمِعَ عَدَدِنا، فَإِذا أَنْتَ غَدَوْتَ يَؤُلُ جَمْعُنا إِلَى الشِّتاتِ، وَ عِمارَتُنا تَنْبَعِثُ إِلَى الْخَرابِ
 
«Ey qardaşım! Sən mənim (qoşunumun əzəməti) və əsgərlərimin birlik mərkəzinin nişanəsisən. Əgər sən də (gedib şəhid olsan), bizim dəstəmiz pərakəndə və viran olar.»
Abbas (ə) dedi:
 
فِداكَ رُوحُ أَخيكَ يا سَيِّدي! قَدْ ضاقَ صَدْري مِنْ حَياةِ الدُّنْيا، وَ أُريدُ أَخْذَ الثّارِ مِنْ هؤُلاءِ الْمُنافِقِينَ
 
«Qardaşının canı sənə fəda olsun, ey mənim ağam! Qəlbim dünya həyatından sıxılmışdır, bu münafiqlərdən (o pak qanların) intiqamını almaq istəyirəm.»
İmam (ə) buyurdu:
 
إِذا غَدَوْتَ إِلَى الْجِهادِ فَاطْلُبْ لِهؤُلاءِ الاَطْفالِ قَليلا مِنَ الْماءِ
 
«İndi ki, meydana getmək istəyirsən, onda bu uşaqlara su təşkil elə!»
 
Abbas (ə) meydana yollandı və moizə etdi, Allahın əzabı ilə qorxutdu, amma onlara heç bir təsir qoymadı. Qardaşının yanına qayıtdı və macəranı xəbər verdi. Gözlənilmədən, uşaqların susuzluqdan yandıqlarını söyləmək səsi qulağına yetişdi. Dərhal ata mindi, nizə və su tuluğunu götürdü, Fərata tərəf yollandı. Fərat çayını qorumaqda olan dörd min nəfər onu mühasirəyə aldı və ox atəşinə tutdu, lakin o Həzrət qəhrəmancasına düşmən qoşununu yardı və onlardan səksən nəfərini həlak edərək yerə sərdi və Fərat çayına daxil oldu.
 
فَلَمّا أَرادَ أَنْ يَشْرَبَ غُرْفَةً مِنَ الْماءِ ذَكَرَ عَطَشَ الْحُسَيْنِ وَأَهْلِ بَيْتِهِ فَرَضَّ الْماءَ وَمَلاَ الْقِرْبَةَ
 
Bir qədər (bir ovuc) su içmək istədiyi zaman, İmam Hüseyn (ə) və onun əhli-beytinin susuzluğunu xatırladı, ovcundakı suyu yerə tökdü və tuluğu su ilə doldurdu. («Məqtəlul-Huseyn», Əbu Müxənnəf, səh.179.)
 
Sonra tuluğu sağ qoluna keçirdi, xeyməyə tərəf yola düşərək belə dedi:
 
يا نَفْسُ مِنْ بَعْدِ الْحُسَيْنِ هُونِي            وَبَعْدَهُ لا كُنْتِ أَنْ تَكُونِي
هذا حُسَيْنٌ وارِدُ الْمَنُونِ                   وَتَشْرَبينَ بارِدَ الْمَعينِ 
هَيْهاتُ ما هذا فِعالُ دينِي  وَلا فِعالُ صادِقِ الْيَقينِ
 
«Ey Abbasın nəfsi! Hüseyndən (ə) sonra həyat zillətdir. Məbada, ondan sonra sağ qalasan! Bu, ölüm şərbəti içən Hüseyndir. Belə olduğu halda, sən sərin və ləzzətli su içmək istəyirsən?! Heyhat! Belə rəftar nə mənim dinimdən, nə də düzgün etiqadlı bir şəxsin rəftarından deyil.»
İbn Sədin qaniçən qoşunu onun əhatəyə aldı. Abbas qəhrəmancasına həmlə edir və bu rəcəzi oxuyurdu::
 
لا أَرْهَبُ الْمَوْتَ إِذَا الْمَوْتُ رَقا   حَتَّى أُوارى فِي الْمَصاليتِ لَقا
نَفْسِي لِسِبْطِ الْمُصْطَفى الطُّهْرِ وَقا   إِنِّي اَنَا الْعَبّاسُ اَغْدُو بِالسَّقا
وَلا أَخافُ الشَّرَّ يَوْمَ الْمُلْتَقى
 
«Ölüm gəlib çatdığı zaman, qılınclar məni yerə sərənə qədər ölümdən qorxum yoxdur. Mən öz canımı pakxüsusiyyətli Peyğəmbər (s) övladına sipər etmişəm. Mən «Səqqa» (su paylayan) məqamı (ləqəbi) olan həmin Abbasam və döyüşün çətinliyindən qorxum yoxdur.» ("Mənaqib", İbn Şəhr Aşub, c.4,səh.117; "Biharul-ənvar", c.45, səh.40.)
 
Düşmən özünü itirmişdi və o Həzrətlə qarşı-qarşıya gəlmək qüdrətinə malik deyildi. Həmin səbəbdən, ağacların arxasında pusquda durmuşdular. Nofəl Əzrəq Bəni-Haşimin Qəmərinin sağ əlini kəsdi və o Həzrət tuluğu sol çiyninə keçirdi və qılıncla bayrağı sol əlinə aldı və bu rəcəzi oxudu:
 
وَاللهِ إنْ قَطَعْتُمُ يَميني       إِنِّي أُحامِي أَبَداً عَنْ دينِي
وَ عَنْ إِمام صادِقِ الْيَقينِ       نَجْلِ الْنَّبِيِّ الطّاهِرِ الاَمينِ
 
«Allaha and olsun! Sağ əlimi kəsməyinizə baxmayaraq, mən daimi olaraq dinimi, pak və əmanətdar Peyğəmbərin (s) övladı olan düzgün imanlı İmamımı himayə edəcəyəm.»
 
Bu zaman Nofəl Əzrəq və Həkim ibn Tufeyl pusquda durduqları yerdən o Həzrətə həmlə edərək sol əlini bədənindən ayırdılar. O Həzrət bayrağı sinəsinə sıxaraq bu rəcəzi oxudu:
 
يا نَفْسُ لا تَخْشَ مِنَ الْكُفّارِ   وَأَبْشِرى بِرَحْمَةِ الْجَبّارِ
مَعَ النَّبِيِّ السَّيِّدِ الْمخْتارِ             قَدْ قَطَعُوا بِبَغْيِهِمْ يَسارِي
فَأَصْلِهِمْ يا رَبِّ حَرَّ النّارِ
 
«Ey nəfs! Kafirlərdən qorxun olmasın. Sənə əvəz verən Allahın rəhməti, əzəmətli və seçilmiş Peyğəmbərlə (s) qonşu olmaq müjdə olsun! Bunlar mənim sol əlimi qəddarlıqla kəsdilər. İlahi! Cəhənnəmin hərarətini onlara dadızdır!» ("Əbsarul-eyn", səh.30.)
 
Bir nəqlə əsasən, bu zaman su tuluğunu dişləri ilə tutdu. Çox keçmədən tuluğa bir ox dəydi və içindəki su axıb-töküldü. Digər bir ox onun mübarək sinəsinə dəydi. Bəziləri yazmışlar ki, bir ox gözünə dəydi və Təmim qəbiləsindən olan bir şəxs dəmir bir əmudla onun başına vurdu və o, atdan yerə yıxıldıqda, qardaşı Hüseyni (ə) səslədi. İmam Hüseyn (ə) başı üstünə gəlib çatdığı zaman, onun şəhadətə yetdiyini gördü və ağladı.
Həmçinin nəql edilir ki, Abbas şəhid olduğu zaman, İmam Hüseyn (ə) buyurdu:
 
اَلاْنَ إِنْكَسَرَ ظَهْري وَقَلَّتْ حِيلَتي
 
«İndi belim sındı və çarə yolum bağlandı.»
 
Sonra ağladı və bu şiri oxudu:
 
تَعَدَّيْتُمْ يا شَرَّ قَوْم بِبَغْيِكُمْ    وَ خالَفْتُمْ دينَ النَّبِىِّ مُحَمَّد
أَما كانَ خَيْرُ الرُّسُلِ أوْصاكُمْ بِنا         أَما نَحْنُ مِنْ نَجْلِ النَّبِىِّ المُسَدَّدِ
أما كانَتِ الزَّهْراءُ أُمّي دُونَكُمْ         أما كانَ مِنْ خَيْرِ الْبَرِيَّةِ أحْمَدَ
لُعِنْتُمْ وَ أُخْزيتُمْ بِما قَدْ جَنَيْتُمْ   فَسَوْفَ تَلاقُوا حَرَّ نار تُوَقَّدُ
 
«Ey camaatın ən pisi! Öz zülmünüzlə bizə əziyyət verdiniz və Allahın Peyğəmbəri Muhəmmədin (s) dini ilə müxalifətçilik etdiniz. Peyğəmbərlərin ən yaxşısı bizim barəmizdə sizə tövsiyə etməmişdimi? Biz həqiqi Peyğəmbərin (s) nəslindən deyilikmi? Xanım Zəhra (s.ə.) sizin yox, mənim anam deyilmi? O, ən yaxşı insanların nəslindən deyilmi? Etdiyiniz cinayətlərə görə Allahın rəhmətindən uzaq və xar oldunuz və tezliklə Allahın yandırıcı oduna düçar olacaqsınız.» ("Biharul-ənvar", c.45, səh.41-42; "Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.793-800.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: