IQNA

21:48 - September 09, 2020
Xəbər sayı: 3488078
Kabildə vitse-prezident Əmrulla Salehin ofisi qarşısında şiddətli partlayış törədilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) istinadla xəbər verir, bu gün sübh vitse-prezident Əmrulla Salehin ofisi qarşısında minalanmış maşın vasitəsilə şiddətli partlayış törədilib.

Bu terror aktında iki nəfərin öldüyü və 12 nəfərin yaralandığı deyilir. Vitse-prezident bu terror aktından xilas olub.

Əfqanıstan təhlükəsizlik qüvvələri partlayışın törədildiyi kvartalı və ətraf küçələri nəzarətə götürüblər.

Hələ heç bir qrup bu partlayışı üzərinə götürməyib.

Qeyd edək ki, hazırda Qətər paytaxtı Dohada Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqlar üçün hazırlıqlar gedir.

Teqlər: Kabil ، Əfqanistan ، terror ، terror
Ad:
E-poçt:
* Comment:
* captcha: