IQNA

Ayətullah Üzma Şeyx Yusif Sanei vəfat etdi

10:34 - September 12, 2020
Xəbər sayı: 3488097
Tehran (IQNA)  - Şiələrin təqlid mərcəsi və Qum Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah Üzma Yusif Sanei bu gün səhər saatlarında (12 Sentyabr 2020) 83 yaşında ikən fani dünyanı tərk edib.

Tehran (IQNA)  - Şiələrin təqlid mərcəsi və Qum Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah Üzma Şeyx Yusif Sanei bu gün səhər saatlarında (12 Sentyabr 2020) 83 yaşında ikən xəstəlik səbəbi ilə fani dünyanı tərk edib.

Ayətullah Üzma Yusif Sanei bir neçə gün öncə xəstəliyin yaratdığı zəiflik səbəbi ilə sürüşərək yıxılmış və sümükləri sınmışdı. Buna görə də Qum şəhərinin xəstəxanalarından birində müalicə alırdı.

Ayətullah Üzma Yusif Saneinin dəftəxanası elan edib ki, müctəhidin özünün vəsiyyətinə əsasan, insanların sağlamlığını qorumaq və koronavirus pandemiyasının qarşsını almaq üçün heç bir cənazə mərasimi keçirilməyəcək.

 Həyatına qısa baxış

Ayətullah Yusif Sanei Molla Məhəmmədəli oğlu hicri-şəmsi ilə 1316-cı ildə İsfahanın Cərquyə rayonunun NikAbad kəndində ruhani ailəsində anadan olub.

Babası Molla Yusif məşhur arif Cahangirxan Qəşqayi və Mirza Həbibullah Rəştinin tələbəsi olub.

Ayətullah Sanei anası Şəhrəbanunu 10 yaşında ikən itirib. Anasız və kasıb böyüyən Ayətullah 27 yaşında ailə həyatı qurur. Ailə həyatı da yoxsulluq və fəqirliklə davam edir. Xanımı qədim ev əşyaları düzəldir və mətbəxdə işlənən bəzi şeyləri toxuyurdu. Təzə ailə bu tərzlə dolanışıqlarını təmin edir və evin kirayəsini verirdi.

Şeyx Yusif Sanei 1325-1330-cu illərdə İsfahan hövzəsində təhsil alıb. 1330-1335-ci illərdə Qumda ali dini təhsilini fərqlənmə ilə başa vuraraq Ayətullah Üzma Brucerdi tərəfindən təqdir edilir.

O, 38 yaşında Qum Ali Dini Elmi Hövzəsində "xaric" dərslərini (doktorantura təhsilindən yuxarı bir mərhələdə mətndən kənar elmi mühazirə) deməyə başlayıb.  

Qum Elmi Hövzəsinin İmam Musa Sədr, Cəfər Sübhani və Məhəmmədtəqi Studə kimi məşhur alimləri Ayətullah Saeneinin şagirdi olublar.

Ayətullah Sanei Qum Elmi Hövzəsinin Ayətullahlar Məhəmməd Mühəqqiq Damad, Məhəmməd Əli Əraki, Abbasəli Şahrudi və İmam Xomeyni kimi böyük ustadlarının şagirdi olub.   

Ayətullah Saneinin həyat yoldaşı 10 il öncə vəfat edib. Onun bir qızı və iki oğlu var.

Ayətullah Sanei İran İslam İnqilabından sonra İmam Xomeyninin fərmanı ilə "Şuraye Nigəhban"nın fəqih üzvlərindən biri oldu. 1361-1364-cü hirci-şəmsi illərində İranın baş prokuroru vəzifəsində işləyib. Ali Rəhbərin Seçilməsi Məclisinin üzvü olub.

O, Qum Ali Dini Elmi Hövzəsinin ustadı və hövzənin ustadları cəmiyyətinin üzvü və müəyyən bir dövrdə də Qumun Cümə namazı xətibi idi.

/3922321

captcha