IQNA

0:23 - September 18, 2020
Xəbər sayı: 3488131
Şamın hakimləri bütün məntəqələrin əhalisinə qüdrətlərini nümayiş etdirmək və onlara göz dağı vermək üçün göstəriş verdilər ki, Kərbəla əsirlərini kəsilmiş başlarla birlikdə şəhərlərdə dolandırsınlar.

Şamın hakimləri və Kufənin cinayətkarları bütün məntəqələrin əhalisinə qüdrətlərini nümayiş etdirmək və onlara göz dağı vermək üçün göstəriş verdilər ki, Kərbəla əsirlərini kəsilmiş başlarla birlikdə şəhərlərdə dolandırsınlar. Seyid ibn Tavus yazır: Yezidin göstərişindən sonra İbn Ziyad başları əsirlərlə birlikdə Muhəffər ibn Sələbə Aiziyə tapşırdı ki, onları kafir şəhərlərin əsirləri kimi şəhərbəşəhər dolandırsın və Şama çatdırsın. («Məlhuf” (Lühuf), səh.208.)

Kufə ilə Şam yolu arasında onların keçmiş olduqları mənzil və dayanacaqların ardıcıllığı müəyyən deyildir, lakin məqtəl və tarixi kitablarda dayanacaqların adları qeyd edilmişdir. (Hörmətli alim Nəzəri Münfəridin yazdığı «Qisseye-Kərbəla» əsərində iyirmiyə yaxın dayanacaq və mənzilin adı qeyd edilmiş və hər biri üçün müəyyən mətləb və hadisələr nəql olunmuşdur. Bax: «Qisseye-Kərbəla», səh.465-480.)

Biz burada diqqəti cəlb edən hadisələrin baş verdiyi bəzi dayanacaqlara işarə edirik:

Məşhədun-Noqtə:

İmam Hüseynin (ə) mübarək başını özləri ilə aparanlar yol əsnasında bir məntəqəyə çatdılar və müqəddəs başı böyük bir daşın üzərinə qoydular. O müqəddəs başdan həmin daşın üzərinə bir damla qan düşdü. Rəvayətdə qeyd edilir ki, bundan sonra hər il Aşura günü həmin daşdan qan qaynayırdı və həmin məntəqənin camaatı orada toplaşır və İmam Hüseynə (ə) matəm saxlayaraq ah-nalə edirdi. Bu macəra Əbdülməlik Mərvanın zamanına qədər davam etdi. O, həmin daşın oradan götürülüb naməlum yerə aparılmasına əmr verdi. Bundan sonra həmin daşdan bir əsər-əlamət görünmədi, lakin camaat orada bir məqbərə tikərək onun adını «Noqtə» və ya «Məşhədun-Noqtə» qoydu. («Məqtəlul-Huseyn», Müqərrəm, səh. 346.)

Hələb:

Hələb şəhərində (Suriyada) «Məşhədus-siqt» adlı məşhur bir ziyarətgah vardır və onun bu cür adlanması barədə belə söyləyirlər: Əsirlər karvanı bu məkana yetişdiyi zaman, İmam Hüseynin (ə) (çox ehtimal ki, xanım Rübabdan olan) uşağının biri orada siqt oldu (anasının bətnindən düşdü), onun adı «Möhsin» idi və onu orada dəfn etdilər. («Məqtəlul-Huseyn», Müqərrəm, səh. 346.)

Bələbək:

Əllamə Məclisi yazır: Bəzi kitablarda qeyd edilmişdir ki, əsirlər karvanı Bələbək mənzilinə yaxınlaşdıqda, həmin şəhərin valisinə əsirlərin daxil olması barədə xəbər verdilər. O da göstəriş verdi ki, (qələbə) bayraqları dalğalandırılsın və karvanı qarşılamağa getsinlər. Uşaqlar da onlarla birlikdə getdilər və əsirlərin tamaşasına tələsdilər. Ümmü-Gülsüm bu səhnəni gördüyü zaman, onların haqqında qarğış edərək buyurdu:

أَبادَ اللَّهُ كَثْرَتَكُمْ، وَ سَلَّطَ عَلَيْكُمْ مَنْ يَقْتُلُكُمْ‌

“Allah sizin cəmiyyətinizi məhv etsin və sizə elə bir kəsi hakim etsin ki, sizi qətlə yetirsin!” («Biharul-ənvar», c.45, səh.346; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.588-590.)

Maide.az – Maarif bölümü

 

 

Teqlər: əsirlər karvanı ، kufə ، şam
Ad:
E-poçt:
* Comment:
* captcha: